VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster Teymur Rəcəbov və dünya çempionu norveçli Maqnus Karlsen arasında blits şahmatı üzrə görüş baş tutub. 
 
BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, həmyerlimiz dünya çempionunu məğlub edib. 
 
Karlsen bu qarşılaşmadan məğlub ayrıldığı üçün əsəbiləşib və əlindəki qələmi masaya çırpıb. Təmsilçimiz Teymur Rəcəbov isə qələbədən sonra sakitcə masadan qalxaraq oranı tərk edib. 
 
Qeyd edək ki, Maqnus Karlsen (Norveç) 2008-ci ildə Veyk-an Zee və Linares turnirlərində ikinci yeri tutmaqla öz potensialını bir daha sübuta yetirib. Dünya reytinqində durmadan irəliləyən şahmatçı dünya şahmat tacına sahibdir. Norveçli vunderkind dünyanın ən güclü şahmatçısı sayılır. 
 
BAKU.WS