5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir medal qazanıb.

BAKU.WS Trend-ə istinadən bildirir ki, azərbaycanlı idmançı Şəfəq Əmrahova qadınların stend atıcılığı yarışında 37 xalla gümüş medala sahib çıxıb.

Türkiyəli Nihan Gürer 1-ci (41 xal), qətərli Xulud Hassan əl-Xələf isə 3-cü (29 xal) yerləri tutublar.

Xatırladaq ki, bundan əvvəl kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açma yarışında təmsilçimiz Ruslan Lunyov qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
BAKU.WS