İslam Oyunlarına ən bahalı biletin qiyməti açıqlandı
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında ən bahalı bilet 5 manat olacaq.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru Elçin Səfərov deyib. O qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq: "Satışa Novruz bayramından etibarən başlanılacaq".
E.Səfərov əlavə edib ki, biletlərin qiymətləri 2 manatdan başlayacaq: "Ən bahalı biletin qiyməti 5 manat olacaq. Açılış mərasimi üçün biletlərin qiyməti 20, bağlanış mərasimi üçün isə 10 manatdan başlayacaq".
O bildirib ki, İslam Həmrəyliyi Oyunlarının başlamasına qalan 100 gün ərzində nəqliyyat planı, idman qurğuları hazırlanmalıdır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda şok qiymətə mənzil satılır - 2 milyon 200 min manat
Bakıda daşınmaz əmlak bazarında qiyməti 2 milyon manatdan yuxarı olan mənzillər də təklif olunur. Bunu "Trend”ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı...