WizzAir Budapeştə 49 avrodan uçuşları bərpa edir

WizzAir Budapeştə 49 avrodan uçuşları bərpa edir
Sosial 1149
 

WizzAir Macarıstan-Polşa aviaşirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviauçuşlar martın 27-dən başlayacaq.

BAKU.WS-in məlumatına görə, WizzAir Macarıstan-Polşa aviaşirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviauçuşlardan Azərbaycanda ildə 2,5-3 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Reyslər həftədə iki dəfə, çərşənbə və bazar günləri olmaqla həyata keçiriləcək. Biletin qiyməti 49,99 avrodan başlayacaq. Aviaşirkətin baş direktoru C.Varadinin sözlərinə görə, Budapeşt də Azərbaycan sakinləri üçün Avropaya "sərfəli” qapı ola bilər.

"Bakıdan Budapeştə biletin qiyməti 100 manatdan azdır, Budapeştdən Londona da biletin qiyməti 100 manatdan aşağıdır. Beləliklə Bakıdan Londana uçuş 200 manatdan az qiymətə başa gələcək”.

BAKU.WS

Oxşar xəbərlər

AZAL sərnişinlərə yeni güzəştlər təklif edə bilər

AZAL sərnişinlərə yeni güzəştlər təklif edə bilər

"Azərbaycan Hava Yolları” (AZAL) aşağı büdcəli istiqamətlər üzrə uçuşlar üçün AZALJET brendinin yaradıldığını açıqlasa da, hələ ki bilet qiymətlərinin nə qədər...

1343 Sosial 13:24 21 fevral 2016

Son xəbərlər