SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi Fərid Mansurovun doğum günüdür. 
 
BAKU.WS-in məlumatına görə, Fərid Mansurov 10 may 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. 1992-ci ildən «Neftçi» İdman Cəmiyyətində Əliqulu Həsənoğlunun rəhbərliyi altında məşqlərə başlayıb. 1997-ci ildə ilk uğurunu əldə edib. Yeniyetmələr arasında dünya birinciliyində 2-ci yeri tutut. Lakin 1998-ci ildə yeniyetmələrin Olimpiadasında uğursuz çıxış edir. Səbəb isə yarımfinalda Kuba idmançısıyla görüşündə biləyinin çıxmasıdır.

Fərid Mansurov 2000-ci ildə kişilər arasında Azərbaycan çempionatında birinci yeri tutur. Bir il sonra Özbəkistanda keçirilən gənclərin dünya birinciliyində qızıl medal qazanır.

2002-ci ildə gənc olmasına baxmayaraq, o zaman məşqçisi olan Elçin Cəfərov onu gənclərin dünya çempionatına deyil, birbaşa böyüklərin analoji yarışına hazırlayır. Fərid Mansurov 8 ildən sonra, dünya çempionatının gümüş medalçısı olur.

2003-cü ildə bir neçə Qran-Pri turnirlərində qalib gəlir və Afina Olimpiadasına lisenziya qazanır. 2004-cü il Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medalına sahib olaraq Olimpiya çempionu adını qazanır.

2004-cü ildə sonra üç il ərzində belindəki zədə üzündən məşq edə bilmir. 2007-ci ildə yenidən idmana qayıdır və Bakıdakı dünya çempionatında qızıl medal alır və Pekin Olimpiadasına vəsiqə əldə edir.

Olimpiadada xəstələnməsi səbəbindən məğlub olur. 2009-cu ildə bu uğursuzluğun əvəzini çıxaraq növbəti dəfə dünya çempionu olur.

30 iyun 2010- cu ildə Fərid Mansurov son dünya çempionunda aldığı zədəyə görə idmandan getdiyini elan edir. Həmin gün o yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi təyin edilir.

Azərbaycan Respublikaı Prezdidentinin Sərancamları ilə 2002-ci ildə "Tərəqqi” medalı ilə, 2004-cü ildə isə "Şöhrət” ordeninə layiq görülüb.
 
BAKU.WS kollektivi adından Fərid Mansurovu təbrik edirik.
 
Şahin Həbibov
BAKU.WS