VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Dünyanın ən çox qazanc əldə edən futbolçularının siyahısı açıqlanıb.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, "France Football" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin "Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb.
 
32 yaşlı futbolçu ötən il ərzində 87,5 milyon dollar qazanıb. İkinci yeri "Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 76,5 milyon dollar olub. Üçlüyü "Barselona” klubunun və Braziliya millisinin futbolçusu Neymar tamamlayıb - 55,5 milyon.
 
Ən çox məvacib alan məşqçilərin siyahısına "Mançester Yunayted” klubuna rəhbərlik edən portuqaliyalı Joze Mourinyo başçılıq edir. Onun illik qazançı 28 milyon avrodur. İkinci pillədə Çin yığmasının çalışdırıcısı italiyalı Marçello Lippidir - 23,5 milyon avro. "PSJ”-nin sabiq baş məşqçisi Loran Blan 20 milyon avro ilə 3-cü pillədədi.
 
BAKU.WS