Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26
iyl
2024
18:04
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Kosovoda yerli "Drita" və İslandiyanın "Breydablik" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.
Ədalət təmsilçisinə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
İyulun 30-da Poduyevo şəhərinin "Zahir Payaziti" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...