UEFA Konfrans Liqası: "Sabah" səfərdə inamlı qələbə qazanıb - YENİLƏNİB

UEFA Konfrans Liqası: Sabah səfərdə inamlı qələbə qazanıb - YENİLƏNİB
İdman 242

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Makkabi" (Hayfa, İsrail) - "Sabah" matçı başa çatıb.

Macarıstandakı "Varkert" stadionunda bakılılar 3:0 hesabı ilə qalib gəlib.

Final fitinə 2 dəqiqə qalmış Xəyal Əliyev fərqlənib. Buna qədər isə 78-ci dəqiqədə Sekidika qol vurub.

***22:45

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Makkabi" (Hayfa, İsrail) - "Sabah" matçında hesab açılıb.

Macarıstandakı "Varkert" stadionunda bakılılar hesabda önə çıxıb - 1:0.

61-ci dəqiqədə Safranko fərqlənib.

***21:23

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Makkabi" (Hayfa, İsrail) - "Sabah" matçı start götürüb.

Qarşılaşma Macarıstandakı "Varkert" stadionunda keçirilir.

Görüşü belçikalı baş hakim Natan Verboomen idarə edir.

Son xəbərlər