SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün AVRO-2024-ün 1/4 final oyunlarına start veriləcək.

BAKU.WS xəbər verir ki, günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da Ştutqart şəhərindəki "MHP Arena"da keçiriləcək.

Günün ikinci matçı Portuqaliya və Fransa milliləri arasında baş tutacaq. Oyun saat 23:00-da Hamburqdakı “Folksparkştadion"da baş tutacaq.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da oynanılacaq.

AVRO-2024

1/4 final

5 iyul

20:00. İspaniya - Almaniya

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart, "MHP Arena".

23:00. Portuqaliya - Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Folksparkştadion".

BAKU.WS