"Neftçi" Azərbaycan millisinin üzvünü transfer edib
29
iyn
2024
22:12
2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir transferini rəsmiləşdirib.
"Report" xəbər verir ki, "ağ-qaralar" Azərbaycan millisinin üzvü Emil Səfərovla 3 illik müqavilə imzalayıb.
“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, yığmanın heyətində 4 oyuna çıxıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer etmişdi.
Oxşar xəbərlər
Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib. “Report” xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, i...