Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb
Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı (73 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında növbəti görüşünə çıxıb.
"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, milli üzvü üçüncü yer uğrunda qarşılaşmada fransalı Noah Boe ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən İbadlı bürünc medal qazanıb.
Daha əvvəl Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq) və Səlim Soltanov (66 kq) yeniliblər.
Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.
Oxşar xəbərlər
Azərbaycan cüdoçularının Avropa çempionatında rəqibləri müəyyənləşib
Sabah Bolqarıstanda start götürəcək yeniyetmələr arasında Avropa çempionatının püşkü atılıb. "Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, Azərba...