SİZİN REKLAM BURADA!
055 213 76 73


AVRO-2024-ün F qrupunun son oyununda Türkiyə millisi Çexiya ilə üz-üzə gəlib. Hamburqda oynanılan matçda qələbə qazanan Türkiyənin turnirdən qazanacağı pul mükafatına aydınlıq gəlib.

BAKU.WS xəbər verir ki, Türkiyə AVRO-2024-də iştirak haqqı olaraq 9 milyon 250 min avro gəlir əldə edib.

Həmçinin Avropa çempionatının qrup mərhələsində qazanılan oyunlara görə 1 milyon avro mükafat verilib. Gürcüstan və Çexiyanı məğlub edən milliyə bu çıxışı ilə daha 2 milyon avro qazanıb.

Futbol üzrə Türkiyə milli komandası 1 milyon 500 min avroluq 1/8-ə yüksəlməklə bağlı verilən mükafatı da öz seyfinə qoyub.

Beləliklə Türkiyənin A millisi bu performansla 13 milyon 750 min avro pul mükafatı qazanıb.

- İştirak haqqı: 9 milyon 250 min avro

- Qələbə bonusu: 2 milyon avro

- Son 1/8 mərhələyə yüksəlmək mükafatı: 1 milyon 500 min avro

BAKU.WS