AVRO-2024: Avstriya Polşa millisini məğlub edib - YENİLƏNİB
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşü başa çatıb.
Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya 3:1 hesablı qələbə qazanıb.
***20:54
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə hesab arasındakı fərq artıb.
Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya polşalıların qapısından üçüncü topu keçirib.
79-cu dəqiqədə Marko Arnautoviç penalti zərbəsini dəqiq yerinə yetirib - 3:1.
***20:31
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə üçüncü qol vurulub.
Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya yenidən hesabda önə çıxıb - 2:1.
66-cı dəqiqədə Kristof Baumqartner fərqlənib.
***20:30
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə hesab bərabərləşib.
Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda polşalılar "status kvo"nu bərpa edib..
İlk yarım saatın tamamında Kşiktof Pyontek dəqiq oynayıb.
***20:10
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşünə hesab açılıb.
Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda avstriyalılar hesabda önə çıxıb.
9-cu dəqiqədə Qernot Trauner fərqlənməyi bacarıb.
***20:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşü start götürüb.
Berlin Olimpiya Stadionunda başlayan D qrupunun oyununu türkiyəli FIFA referisi Halil Umut Meler idarə edir.
Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland - Fransa görüşü keçiriləcək.
Oxşar xəbərlər
AVRO-2024: Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb - YENİLƏNİB
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb. "Report" xəbər verir ki, C qrupunun...