Arda Güler Portuqaliya ilə matçda niyə start heyətində meydanda olmayıb? - Montello açıqladı

Arda Güler Portuqaliya ilə matçda niyə start heyətində meydanda olmayıb? - Montello açıqladı
İdman 1766

Futbol üzrə Türkiyə yığmasının baş məşqçsi Vinçentso Montello Portuqaliya ilə matçdan sonra fikirlərini bildirib.

BAKU.WS xəbər verir ki, baş məşqçi Arda Gülerin oyunun ilk dəqiqələrindən nə səbəbə meydanda olmamasına aydınlıq gətirib.

İtaliyalı mütəxəssis Arda Gülerin yorğun olduğunu və zədələnmək riski olduğunu bildirib.

"0:3-dən sonra bəlkə bir qol vurduq deyə onu meydana saldım. 30 dəqiqədən artıq meydanda mübarizə aparmağa hazır deyildi. Çox keyfiyyətli oyunçudur. Lakin klubda əsas heyətdə oynamadığı üçün bəzən 90 dəqiqə mücadiləyə hazır olmur", - deyə Montello bildirib.

Qeyd edək ki, Türkiyə yığması Avro-2024-dəki 2-ci matçında Portuqaliya kollektivinə 0:3 hesabı ilə uduzub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər