SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb.

"Report" xəbər verir ki, C qrupunun oyununda heç-heçə qeydə alınıb - 1:1.

Matçda hesabı ingilislər açıb. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə "status kvo" bəpra olunub. Morten Yulmann adını tabloya yazdırıb.

Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.

1. İngiltərə 2 1 1 0 2-1 4

2. Sloveniya 2 0 2 0 2-2 2

3. Danimarka 2 0 2 0 2-2 2

4 Serbiya 2 0 1 1 1-2 1

***20:40

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə ikinci qol vurulub.

C qrupunun oyununda danimarkalılar hesaba tarazlıq gətirib.

34-cü dəqiqədə Morten Yulmann fərqlənib.

***20:19

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə hesab açılıb.

C qrupunun oyununda ingilislər hesabda önə çıxıb.Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, C qrupunun oyununda ingilislər hesabda önə çıxıb.

19-cu dəqiqədə Harri Keyn fərqlənib.

***20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü start götürüb.

Frankfurt şəhərindəki "Valdştadion"da başlayan C qrupunun oyununu portuqaliyalı beynəlxalq dərəcəli hakim Artur Diaş idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

BAKU.WS