SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa millisinin üzvü Kilian Mbappe əməliyyat olunmayacaq.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Avstriya ilə görüşdə burnu sınan Kilian Mbappe maska ilə oyunlara çıxacaq.

Milli komandanın həkimləri Kilian Mbappenin xüsusi maskadan uzun müddət istifadə etməli olacağını bildiriblər.

***09-35

Fransa millisinin ulduz futbolçusu Kilian Mbappe Avstriya ilə görüşdə burnundan zədə aldığı üçün AVRO-2024-ün geridə qalan oyunlarından kənarda qala bilər.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, fransalı ulduz futbolçu Avstriya ilə görüş zamanı künc zərbəsindən ötürülən topa müdaxilə etmək istəyərkən rəqibi ilə toqquşub və burun sümüyü sınıb.

Milli komandanın həkimlərinin verdiyi məlumata görə, Kilian Mbappe burnundan əməliyyat olunacaq və uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.

Qeyd edək ki, Fransa millisi Avstriya ilə görüşdən minimalhesablı qələbə ilə ayrılıb - 1:0.

 

BAKU.WS