SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub.

"Report"un məlumatına görə, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub.

E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

***21:05

Almaniyada keçirilən Avropa çempionatının E qrupundakı Belçika - Slovakiya matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hazırda Slovakiya yığması 1:0 hesabı ilə öndədir.

7-ci dəqiqədə İvan Şrants fərqlənib

***20:51

Almaniya keçirilən Avropa çempionatının E qrupundakı Belçika - Slovakiya matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, hazırda Slovakiya yığması 1:0 hesabı ilə öndədir.

7-ci dəqiqədə İvan Şrants fərqlənib.

***20:11

Almaniya keçirilən Avropa çempionatının E qrupundakı Belçika - Slovakiya matçında hesab açılıb.

7-ci dəqiqədə slovakiyalı İvan Şrants fərqlənib.

***20:01

Almaniya keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun başlayıb.

Belçika - Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı türkiyəli Halil Umut Meler idarə edir.

E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

BAKU.WS