Almaniya Avro-2024-ün açılış matçında Şotlandiyanı darmadağın etdi - VİDEO

Almaniya Avro-2024-ün açılış matçında Şotlandiyanı darmadağın etdi - VİDEO
İdman 74

Futbol üzrə Avropa çempionatı start götürüb.

BAKU.WS xəbər verir ki, açılış qarşılaşmasında ev sahibi komanda Almaniya Şotlandiya kollektivini qəbul edib. Qarşılaşma 5:1 hesabı ilə Bundestimin xeyrinə yekunlaşıb. İndiyədək Avropanın heç bir kollektivi açılış oyununda dörd top fərqlə qalib gəlməyib.

Avropa çempionatı bu gün Macarıstan - İsveçrə (17:00), İspaniya - Xorvatiya (20:00) və İtaliya-Albaniya (23:00) qarşılaşmaları ilə davam edəcək.

Son xəbərlər