Azərbaycan millisi dünya çempionatında üçüncü qələbəsini qazanıb
13
iyn
2024
18:11
Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatında üçüncü qələbəsini qazanıb.
“Report” xəbər verir ki, yığmamız Binə Atçılıq Mərkəzində baş tutan görüşdə Türkiyəni 5:0 hesabı ilə məğlub edib.
Azərbaycan millisi üç turdan sonra A qrupunda maksimum nəticə ilə liderdir. Özbəkistan ikinci, Qazaxıstan üçüncü, Türkiyə dördüncü, Malta isə sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, yığma əvvəlki iki görüşdə Qazaxıstan və Malta komandalarını 5:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan boksçuları Bakıda keçirilən beynəlxalq turnirdə 22 medal qazanıblar
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub. Bakı Boks Mərkəzində keçirilən yar...