SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" rəhbərliyinin "Benfika" ilə müqaviləsi başa çatan Rafa Silva ilə danışıqları davam etdirdiyi iddia edilib.

BAKU.WS "NTV Spor"a isinadən xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı ulduza illik 3,5 milyon avro maaş və 3 milyon avro imza haqqı ilə müqavilə təklif edib.

Rafa Silvanın ilkin olaraq Səudiyyə Ərəbistanından yüksək maaşlı təklifləri nəzərdən keçirəcəyi bildirilsə də, "Qalatasaray" bunun son təklif olduğunu bildirib.

Ötən müddətdə yaxın çevrəsinə və menecerinə "Qalatasaray"a keçidinin karyerası üçün daha yaxşı olacağını açıqlayan 31 yaşlı futbolçu İstanbula gəlməyə çox yaxındır.

Silva son qərarını bu həftə deyəcək.

Bu mövsüm "Benfika"nın heyətində 52 matça çıxan Rafa Silva 22 qol və 15 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

BAKU.WS