SİZİN REKLAM BURADA!
055 213 76 73


Yapon alimləri kəşf etdilər ki, Camponotus floridanus növündən olan qarışqalar tibbi səbəblərdən orqanlarını amputasiya edən ilk həşəratlardır.

BAKU.WS xəbər verir ki, bu barədə “Current Biology” jurnalında məlumat dərc edilib.

Bu cinsin nümayəndələri yaraların müalicəsi üçün antibiotik maddəsi ifraz edən xüsusi bir bezə malikdirlər. Tədqiqat zamanı mütəxəssislər qarışqaları bud nahiyəsindən yaralayıblar, qohumları isə buddan yuxarı ayaqlarını dişləyərək ayağını tamamilə qoparıblar. Mütəxəssislərin fikrincə, bu cür üsullar onların sağ qalma nisbətini artırır.

“Tədqiqatımız insanlardan sonra heyvanlar arasında yoluxmuş fərdləri müalicə etmək üçün amputasiyadan istifadə edən ilk nümunəni təsvir edir”, məqalənin mətnindən qeyd olunub.

BAKU.WS