SİZİN REKLAM BURADA!
055 213 76 73


Sağlam saçlara sahib olmaq həm qadınların, həm də kişilərin ortaq arzusudur. Saç sağlamlığını qorumaq üçün gündəlik həyatda bir çox vərdişlərimizə diqqət etməliyik. Saçlarınıza yaxşı qulluq etmədikdə saç tökülməsi problemi ilə üzləşə bilərik. Ən çox rast gəlinən problemlərdən biri olan saç tökülməsi ilə mübarizə aparmaq çətindir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, saç sağlamlığını qorumaq düşünüldüyü qədər asan deyil. Çünki genetik faktorlar, stress, qeyri-kafi qidalanma və ya düzgün olmayan qulluq məhsullarının istifadəsi saç sağlamlığına birbaşa təsir göstərir.

Saç tökülməsi müxtəlif səbəblərə görə baş verir və həyatın hər dövründə müşahidə oluna bilər. Şampunların saç tökülməsinə səbəb ola biləcəyini bilirdinizmi? Mağazalarda satılan şampunların bəzilərində zərərli kimyəvi maddələr var ki, bu da saçların tökülməsinə səbəb olur.

Saç tökülməsi müxtəlif səbəblərdən baş verir.

Genetik amillər (Androgenetik Alopeziya):

Genetik baş verən saç tökülməsi ən çox yayılmış səbəbdir. Kişilərdə bu hal adidir, lakin qadınlarda da rast gəlinir.

Hormonal dəyişikliklər:

Hormonal dəyişikliklər, xüsusilə hamiləlik zamanı  saç tökülməsinə səbəb ola bilər.

Stres və emosional amillər:

Stress, emosional travma və ya həddindən artıq narahatlıq saç tökülməsinə səbəb ola bilər. Bəzi sağlamlıq problemləri və xəstəliklər saç tökülməsinə səbəb ola bilər. Məsələn dəmir çatışmazlığı anemiyası xəstəlikləri saç tökülməsi ilə əlaqələndirilə bilər.

Yetərsiz qidalanma:

Xüsusilə protein, dəmir, sink, biotin kimi qida maddələrinin çatışmazlığı saç sağlamlığına mənfi təsir göstərə və saç tökülməsinə səbəb ola bilər.

Saç baxımı və kimyəvi maddələr:

Sərt saç baxım məhsullarının istifadəsi, saçın tez-tez boyanması, kremlər saçın zəifləməsinə və tökülməsinə səbəb ola bilər.

Dərmanlar:

Bəzi dərmanlar (məsələn, kimyəvi dərmanlar) saç tökülməsinə səbəb ola bilər.

BAKU.WS