SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Xabarovsk diyarında 6 nəfər Podi çayında balıq tutarkən yoxa çıxıb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi özünün teleqram kanalında məlumat yayıb.

Qeyd olunub ki, balıqçılar iyunun 23-də yoxa çıxıblar - bu, Arsenyevo kəndi ərazisində baş verib. Xilasedicilər hələ də insanların harada olduğunu müəyyən edə bilmirlər.

Axtarış-xilasetmə qrupunun dörd mütəxəssisi ilə Mi-8 helikopteri onların axtarışına çıxıb.

BAKU.WS