Rusiyada 6 nəfər balıq tutarkən yoxa çıxıb
03
iyl
2024
12:45
Rusiyanın Xabarovsk diyarında 6 nəfər Podi çayında balıq tutarkən yoxa çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi özünün teleqram kanalında məlumat yayıb.
Qeyd olunub ki, balıqçılar iyunun 23-də yoxa çıxıblar - bu, Arsenyevo kəndi ərazisində baş verib. Xilasedicilər hələ də insanların harada olduğunu müəyyən edə bilmirlər.
Axtarış-xilasetmə qrupunun dörd mütəxəssisi ilə Mi-8 helikopteri onların axtarışına çıxıb.
Oxşar xəbərlər
Tobol çayında suyun səviyyəsi 2 saat ərzində 15 sm qalxıb - VİDEO
Rusiyada, Kurqan vilayətinin yaxınlığındakı Tobol çayında suyun səviyyəsi iki saat ərzində 15 sm qalxıb. BAKU.WS qazeta.ru-ya istinadən xəbər verir ki, hazırda...