SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Abdulla Rəhim küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

***23:38

Bakıda metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında, kənd Əhmədlinin girişində yanğın olub.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, təndirxanadan başlayan yanğın bitişik olan ərzaq mağazasını və gözəllik salonunu da tamamilə külə döndərib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda tam söndürülməsi istiqamətində tədbirlər görülür.

BAKU.WS
VİDEO