SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərədə aparılan yeni bir araşdırmaya görə, sağlam kişilərin dörddə birindən çoxunda ürək problemləri var.

Araşdırmalara görə, kişilərin ürək qapaqlarının diaqnozu xəstəliyi yayılmış haldır. Bəs ürək qapağı xəstəliyi necə yaranır? Hansı ehtiyat tədbirləri görülməlidir?

Bu yaxınlarda İngiltərədəki Şərqi İngiltərə Universitetində aparılan yeni bir araşdırma, "sağlam"yetkinlik yaşına çatan kişilərin dörddə birindən çoxunun diaqnoz qoyulmamış ürək qapaq xəstəliyinə sahib olduğunu ortaya qoydu.

4237 sağlam kişi üzərində müayinələr aparılıb. İştirakçıların çoxunda ürək qapağı xəstəliyi aşkar edilib.

Əsasən gənc kişilər arasında yayılan bu ürək probleminin başlıca səbəbi mütəmadi siqaret və electron tütün məmulatlarından istifadədir.

Bundan əlavə, xəstəliyin digər səbəblərindən biri də, energetik içkilərdən aşırı dərəcədə istifadə, gün ərzində 5 saatdan az yatmaq və çox kofein qəbul etməkdir.

Bundan başqa, koronar arteriya anomaliyaları ağır gərginlik zamanı ürək strukturları arasında ilişib qala bilər və infarkt keçirə bilər.

Bu əsasən idmanla məşğul olan kişilər arasında yayılıb. Peşəkar idmançıların başlanğıcda ətraflı kardioloji müayinədən keçmələri xüsusilə vacibdir.

Ümumiyyətlə yaşı 30-dan çox olan kişilərin mütəmadi olaraq həkim müayinəsindən keçmələri məsləhət görülüb. Xüsusən 40 yaşa yaxın olan kişilər isə mütləq 6 aydan bir ürək müayinəsindən keçməlidirlər.

Cavid Babayev
BAKU.WS