SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin adları məlum olub.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, iclasda YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə Heyətinin üzvü Arif Rəhimzadə səlahiyyətli nümayəndələr kimi təyin edilib.
 
Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi təyin olunub.
 
*** 11:42
Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.
 
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
BAKU.WS