SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur pop-rok qrupu "Heart"ın solisti Enn Uilson xərçəngə tutulub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra qrup "2024 Royal Flush" adlı konsert turunu ləğv edib. 

Uilson həkimlərin ona səhnəyə çıxmağa icazə vermədiyini bildirib:

"Bu yaxınlarda xərçəngdən əməliyyat olundum. Əməliyyat uğurla keçdi və mən özümü çox yaxşı hiss edirəm, amma həkimlərim artıq mənə qoruyucu kimyəvi müalicəni tövsiyə edirlər.

Onlar mənə səhnədən uzaqlaşımağımı məsləhət gördülər ki, tam sağalım. Dəstəyiniz üçün təşəkkür edirəm".

BAKU.WS