SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Bursa şəhəri sel suları altında qalıb.

BAKU.WS xəbər evrir ki, şiddətli yağış küçə və prospektlərdə ictimia nəqliyyatın hərəkətini iflic edib.

Təbiət hadisəsinə hazırlıqsız yaxalanan vətəndaşlar nə edəcəklərini bilməyiblər. Leysan nəticəsində Acemler və Ataevler arasındakı metro xətti, o cümlədən Odunluk metrosansiyası sular altında qalaraq gölə çevrilib.

Bursa Uludağ Üniversiteti istiqamətində xəttə əlavə marşutular buraxılıb. Metro əməkdaşları çətinliklə də olsa sərnişinləri oradan təxliyə edə biliblər.

Çaylarda suyun səviyyəsi artıb. Ətrafda park edilmiş avtomobillər sular altında qalıb.

Çox sayda avtomobil su axınla birlikdə başqa yerlərə gedib. Sahibləri maşınlarını xilas etməyə çalışarkən, polislər də ərazidə təhlükəsizlik tədbirləri gücləndiriblər.

Avtomobillərdəki vətəndaşlar ətrafdakıların köməyi ilə xilas ediliblər. 

BAKU.WS
VİDEO

QALEREYA