Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
08
iyl
2024
10:09
Sumqayıt şəhər elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə həyata keçirilən əsaslı təmir işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.
Bu barədə BAKU.WS-ə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar bu gün saat 10-dan saat 12-nə qədər şəhərin 1-ci və 5-ci mikrorayonlarında, eləcə də bir sıra məhəllələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.
Oxşar xəbərlər
Sumqayıtın gizli tarixi - ARAŞDIRMA
“Bu günə qədər Sumqayıtın adı ilə bağlı bir çox izahlar verilib. Guya Hindistandan gəlib Yaxın Şərqə doğru hərəkət edən dəvə karvanında olan Sum adlı gənc və Ce...