Şuşaya işləməyə gedən 2 nəfər avtomobil qəzasında xəsarət alıb
08
iyl
2024
09:13
Gəncə və Qazax sakinləri avtomobil qəzasında xəsarət alıblar.
“Report”un Qərb bürosunun məlumatına görə, minik avtomobili traktorla toqquşub.
Nəticədə minik avtomobilində olan Şuşa şəhərinə çalışmağa gedən Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü P.Əliyev və Qazax rayon sakini 2001-ci il təvəllüdlü B.Bayramov xəsarət alıblar.
Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Hər ikisinin vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qəbələ rayon sakini 1991-ci il təvəllüdlü Samir Mahi...