SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynalı teleaparıcı Valentina Xamayko 18 illik sevgilisi ilə rəsmən evlənib.

BAKU.WS Ukrayna mətbuatına istinadən xəbər verir ki, Valentina Xamayko 18 illik birlikdəlikdən sonra hazırda Ukrayna Silahlı Qüvvələrində xidmət edən sevgilisi Andrey Onistratla birlikdə evlənmək qərarına gəlib.

Valentina özü bu barədə instaqram səhifəsində danışıb və tədbirdən təsirli fotolar nümayiş etdirib.

“Həm sevinclə, həm də kədərlə yaşamağın nə olduğunu artıq öyrənmişik... Dava-dalaşı, barışmağı öyrəndik, 4 uşaq dünyaya gətirdik. Ailə qurmağı bacardıq, amma imzalamadıq. Dünən biz bunun da əvəzini çıxardıq”, - deyə təzə gəlin yazıb.

Nikahdan sonra aparıcının həyat yoldaşı yenidən işə qayıtmalı olub. Qeyd edək ki, cütlüyün 18 illik bərabərliyindən 4 övladı var.

BAKU.WS
QALEREYA