Orban: Macarıstan Ukraynada münaqişənin həlli üçün səylərini davam etdirəcək
05
iyl
2024
19:50
Macarıstan Rusiya ilə Ukrayna münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirəcək.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra mətbuat konfransında deyib.
O xatırladıb ki, bu həftə Kiyev və Moskvada olub, tərəflərin mövqelərinin biri-birindən çox uzaq olduğunu müəyyən edib.
V.Orban vurğulayıb ki, münaqişənin bitməsi üçün çoxlu işlər görmək lazımdır.
“Vacib addımı atmışıq, əlaqələr yaradılıb, bu istiqamətdə işləri davam etdirəcəyəm”, - o deyib.
Oxşar xəbərlər
Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb - YENİLƏNİB
Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto...