SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq yay transfer pəncərəsi üçün fəaliyyətə başlayan "Qalatasaray" "Benfika" ilə müqaviləsi iyunun 30-da başa çatacaq Rafa Silvaya göz dikib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

30 yaşlı Silvanı başqa klublara itirməmək üçün tez hərəkətə keçməyə qərar verən İstanbul təmsilçisi ulduz futbolçunun meneceri ilə əlaqə saxlayıb.

Sağ və sol cinahda da uğurla çıxış edə bilən Rafa Silva üstün texnikası və oyun intellekti ilə tanınır.

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm 37 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə edib.

Rafa 25 dəfə Portuqaliya millisinin formasını geyinib.

Baş məşqçi Okan Burukun futboldan yaxşı anlayan futbolçu kimi gördüyü "Benfika" ilə Rafa Silvanın müqaviləsi mövsümün sonunda başa çatacaq.

Futbolçunun hazırki transfer dəyəri 18 milyon avrodur.

BAKU.WS