SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət öncə Tərtərdə minaya düşərək ayağının birini itirən BDU-nu 2022-ci ildə fərqlənmə ilə bitirmiş məzunu Həsənəli Əlizadə təhsilinin magistr pilləsi üzrə Xəzər Universitetinə qəbul olub.

BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" feysbuk səhifəsi məlumat yayıb.

Qeyd olunub ki, o, daha əvvəl Varşava Dövlət Universitetinə tam təqaüdlə qəbul olsa da, təhsilini davam etdirə bilməmişdi.

Ancaq onun həyat eşqi o qədər çoxdur ki, magistraturaya təkrar hazırlaşdı və dünən məlumat aldıq ki, Həsənəli 65 bal toplayaraq Xəzər Universitetinə qəbul olub.

BAKU.WS
QALEREYA