Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Söhbət zamanı bir neçə gün əvvəl Astanada dostluğun və qardaşlığın nümunəsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüş məmnunluqla xatırlandı, bundan sonra bu formatın davamlı olacağına əminlik ifadə edildi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə edilmiş razılığa əsasən, Türkiyənin dövlət başçısının Türkiyə-Niderland matçını izləmək üçün Almaniyaya səfər etməsi ilə əlaqədar Şuşada keçiriləcək Zirvə toplantısında qardaş Türkiyəni bu ölkənin vitse-prezidentinin təmsil edəcəyi vurğulandı.
Məhz Şuşa şəhərində 2021-ci ildə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrimizin əsasını təşkil edən Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyəti vurğulandı.
Görüşdə ölkələr arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Türk dünyasının birliyinin və həmrəyliyinin önəminə toxunuldu.
Söhbət zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri də müzakirə edildi.
***16:41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...