Messiyə görə ən yaxşı hansıdır? - Nəticələrə görə "Real", oyuna görə "Siti"

Messiyə görə ən yaxşı hansıdır? - Nəticələrə görə Real, oyuna görə Siti
İdman 67

Lionel Messi "Real Madrid" və "Mançester Siti"ni dünyanın ən yaxşı komandaları adlandırıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, Çempionlar Liqasını qazandığı üçün ən yaxşılar siyahısında "Real"ı fərqləndirib.

"Ən yaxşı komanda "Real Madrid"dir, çünki onlar hazırkı Çempionlar Liqasının qalibidir. Əvvəlki illərdə də onlar ötən mövsüm Çempionlar Liqasını qazanan “Mançester Siti” kimi ən yaxşılar idi.

Nəticələrdən danışsaq, bu, "Real Madrid"dir. Oyun haqqında danışarkən, şəxsən mən Pep Qvardiolanın “Mançester Siti”sini bəyənirəm.

Düşünürəm ki, Qvardiolanın çalışdırdığı istənilən komanda onun məşqçi olması, məşqçilik tərzi, işləmə tərzi, komandaya aşıladığı futbol növü ilə xüsusidir.

Ona görə də futbol səviyyəsinə görə ən yaxşı komanda “Mançester Siti”, nəticə baxımından isə “Real Madrid”dir”, - deyə “İnter Mayami”də çıxış edən hücumçu Lionel Messi bildirib.

Xatırladaq ki, Lionel Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılıb. Ciddi maliyyə çətinlikləri ucbatından Kataloniya klubu o zaman liderinə müqavilə təklif edə bilməyib. Messi daha sonra PSJ-də iki mövsüm keçirib və keçən yay "İnter Mayami" ilə müqavilə imzalayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər