"Fənərbağça"da Ana de Armas surprizi
Dünyaca məşhur baş məşqçi Joze Mourinyo ilə razılaşaraq diqqətləri üzərinə çəkməyi bacaran "Fənərbağça" klubu ilə bağlı yeni iddia irəli sürülüb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur aktrisa Ana de Armas "Fənərbağça"nın yeni reklam siması ola bilər.
"Sarı-göylülər" Ceyms Bondun "Ölməyə vaxt yoxdur" filmindəki rolu ilə dünya şöhrəti qazanan Ana de Armas üçün hərəkətə keçib.
İstanbul nəhənginin təqdimat üçün dünyaca məşhur ulduz aktrisa Ana de Armasla anlaşdığı iddia edilib.
36 yaşlı dünya şöhrətli aktyorun "Fənərbağça"nın yeni reklam siması olacağı və bu çərçivədə 3 fərqli çəkilişin ediləcəyi bildirilir.
Oxşar xəbərlər
Mourinyo oğlunun dostunu "Fənərbağça"ya gətirir - FOTO
Baş məşqçi Joze Mourinyonu klubun başına gətirilməsindən sonra "Fənərbağça" orta mövqeyi gücləndirmək üçün transfer işlərini davam etdirir. BAKU.WS Türkiyə medi...