Mourinyo "Fənərbağça"da nə qədər qazanacaq?
Növbəti mövsüm Super Liqada çempionluğu hədəfləyən "Fənərbağça" dünyaca məşhur baş məşqçi Joze Mourinyo ilə müqavilə imzalayıb. İstanbul təmsilçisi Joze Mourinyon üçün türk futbol tarixinə düşən möhtəşəm imza mərasimi keçirib.
Hazırda futbolsevərləri maraqlandıran bir məqam isə Joze Mourinyonun illik alacağı maaşının miqdarıdır. Təcrübəli məşqçinin məvacibi ilə bağlı iddialar irəli sürülüb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Mourinyo "Fənər"də işlədiyi müddətdə ildə 10 milyon avro qazanacaq.
Portuqaliyalı məşqçinin köməkçilərinə ümumilikdə təxminən 2 milyon avro ödəniləcək.
Oxşar xəbərlər
Joze Mourinyo "Fənərbağça" yolunda - Aziz Yıldırımın açıqlaması şok effekti yaratdı
Türkiyənin "Fənərbağça" klubunun prezidentliyinə namizəd olan Aziz Yıldırımın Joze Mourinyo ilə bağlı açıqlaması Avropa mətbuatının gündəmini zəbt edib. BAKU.W...