“Qarabağ” Adama Diakabi ilə yollarını ayırıb
03
iyn
2024
22:32
“Qarabağ” futbolçusu Adama Diakabi ilə yollarını ayırıb.
Ağdam klubundan verilən məlumata görə, 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), ölkə kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.
Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...