“Real” Mbappenin transferini elan edib
Fransalı futbolçu Kilian Mbappe “Real Madrid”ə keçib.
“Report” xəbər verir ki, bu barədə “kral klubu” rəsmi saytında məlumat yayıb.
Mbappenin “Real Madrid” ilə müqaviləsi 2029-cu ilə qədərdir. Futbolçu daha əvvəl sosial şəbəkədə 2023/2024 mövsümünün sonunda “Pari Sen-Jermen”i tərk edəcəyini açıqlamışdı.
Xatırladaq ki, 2017-ci ildə icarə əsasında PSJ-yə keçən 25 yaşlı hücumçu 2018-ci ilin yayında “Monako”dan paytaxt klubuna satılıb. Bu müddət ərzində o, bütün turnirlərdə 306 matçda iştirak edib, 255 qol vurub və 108 məhsuldar ötürmə edib.
Kamerun əsilli oyunçu ötən mövsüm PSJ-nin heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı fransalı forvardın bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.
Oxşar xəbərlər
Dembelenin Mbappe ilə bağlı zarafatı səs-küyə səbəb oldu - VİDEO
Liqa 1-də mövsümün ən yaxşılarının mükafatlandırılması mərasimində çıxış edən PSJ-nin futbolçusu Usman Dembelenin Kilian Mbappenin Səudiyyə Ərəbistanına gedəcəy...