"Qalatasaray"da ilk ayrılıq - Komanda yoldaşı açıqladı - FOTO

Qalatasarayda ilk ayrılıq - Komanda yoldaşı açıqladı - FOTO
Foto
İdman 97

Türkiyə Super Liqasında 24-cü çempionluğunu qazanan "Qalatasaray"da ilk ayrılıq yaşanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub yanvarda mövsümün sonuna kimi "Fulhem"dən icarəyə götürdüyü braziliyalı hücumçu Karlos Vinisiusla yollarını ayırır.

"Sarı-qırmızılar"ın digər braziliyalı futbolçusu Mateus Tete sosial media hesabından paylaşım edərək Karlos Vinisiusla vidalaşıb.

Karlos Vinisiusun İnstaqramda paylaşdığı çempionluq pozasına münasibət bildirən Tete "Sənin üçün darıxacağam, qardaş" komentini yazıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər