SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbulun "Qalatasaray" klubu sayca 24-cü çempionluğunu rəsmiləşdirib. 

BAKU.WS xəbər verir ki, "Cim-Bom" son turda səfərdə "Konyaspor" klubunu 3:1 hesabı ilə məğlub edərək aktivindəki xalların sayını 102-yə çatdırıb.

İkinci sırada qərarlaşan "Fənərbağça" klubu 99 xal toplamağı bacarıb. "Trabzonspor" 67 xalla UEFA Avropa Liqasında iştirak etməyə imkan verən 3-cü yeri tutub.

"Konyaspor"la qarşılaşmada iki qola imza atan argentinalı futbolçu Mauro İkardi aktivindəki qolların sayını 25-ə çatdıraraq "qol kralı" olub. 

BAKU.WS