"Qalatasaray" Türkiyə çempionu oldu
26
may
2024
22:17
İstanbulun "Qalatasaray" klubu sayca 24-cü çempionluğunu rəsmiləşdirib.
BAKU.WS xəbər verir ki, "Cim-Bom" son turda səfərdə "Konyaspor" klubunu 3:1 hesabı ilə məğlub edərək aktivindəki xalların sayını 102-yə çatdırıb.
İkinci sırada qərarlaşan "Fənərbağça" klubu 99 xal toplamağı bacarıb. "Trabzonspor" 67 xalla UEFA Avropa Liqasında iştirak etməyə imkan verən 3-cü yeri tutub.
"Konyaspor"la qarşılaşmada iki qola imza atan argentinalı futbolçu Mauro İkardi aktivindəki qolların sayını 25-ə çatdıraraq "qol kralı" olub.
Oxşar xəbərlər
"Qalatasaray" 24-cü çempionluğuna bir qədər də yaxınlaşdı
Futbol üzrə Türkiyə Super Liqasında 36-cı turun oyunlarına yekun vurulub. BAKU.WS xəbər verir ki, bu turda son çempion "Qalatasaray" klubu səfərdə "Fatih Karag...