SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya La Liqasında "Real Madrid"də çıxış edən Arda Gülər ​​oyunu ilə gündəm olmağa davam edir. Ulduz futbolçu son "Villareal" matçında vurduğu qollarla Lionel Messi və Kriştiano Ronaldonu geridə qoymağı bacarıb.

BAKU.WS xarici mediaya istinadən təfərrüatları təqdim edir:

İspaniya La Liqasının 37-ci həftəsində çempion "Real Madrid" səfərdə "Vilyarreal"ın qonağı olub. 2 qol vuran Arda Gülər ​matçın ulduzlarından birinə çevrilib.

İlk yarıda komandasının ilk və son qollarını vuran 19 yaşlı Arda, bu mövsüm La Liqada ümumi qol sayını 6-ya yüksəldib və "Real" tarixində ən az dəqiqədə ən çox qol vuran futbolçu kimi tarixə düşüb.

Xüsusilə mövsümün ilk yarısında zədələrlə mübarizə aparan Arda liqada meydanda keçirdiyi 373 dəqiqəyə 6 qol vurmağı bacarıb.

Komandaya uyğunlaşan və performansını günü-gündən yaxşılaşdırmağı bacaran ulduz futbolçu qol/dəqiqə statistikası ilə Kriştiano Ronaldonu qabaqlayıb.

Bu uğuru 373 dəqiqədə əldə edən Arda 6 qolu 436 dəqiqədə əldə edən Kriştiano, 605 dəqiqədə vuran Ronaldo Nazario, 749 dəqiqədə bacaran Raul və 6 qolu 780 dəqiqədə vuran Lionel Messini geridə qoyub.

BAKU.WS