SİZİN REKLAM BURADA!
055 213 76 73


"Barselona"nın və "Arsenal"ın sabiq hücumçusu Tyerri Anri PSJ-nin hücumçusu Kilian Mbappeni Paris komandasının tarixinin ən yaxşı oyunçusu adlandırıb.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

"Məncə, Mbappe PSJ tarixinin ən yaxşı oyunçusudur. Onun töhfəsini və Parisdəki çıxışı ilə dünyaya verdiyi təsiri nəzərə alaraq, o, artıq tarixə ən yaxşısı kimi düşərək bu komandadan ayrılacaq.

Xatırladaq ki, Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.

BAKU.WS