SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

BAKU.WS-in məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində Fransanın PSJ kollektivi evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib.

Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels fransızların qapısından keçirib. Bu komandalar arasında keçirilən ilk matçda da dortmundlular qələbə (1:0) qazanmışdı.

Qeyd edək ki, "Borussiya"nın finaldakı rəqibi mayın 8-i keçiriləcək "Real" (Madrid) - "Bavariya" görüşündən sonra bəlli olacaq. Bu komandalar arasında Almaniyada keçirilən ilk qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı. 

BAKU.WS
VİDEO