SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın PSJ klubunda çıxış edən Kilian Mbappe dünyaca məşhur yamaykalı keçmiş sprinter Useyn Boltun 100 metrlik yarış təklifini qəbul edib.

BAKU.WS "RMC Sport"a istinadən xəbər verir ki, "Nike" və "Inspired By KM" fondunun birgə təşkil etdiyi promosyonda çıxış edən Mbappe, Useyn Boltun ona ilham verdiyini söyləyib:

"Belə bir insana ilham verdiyimi bilmək həqiqətən sevindiricidir. O da hər kəsi ruhlandırdı. Deyə bilərəm ki, bu, qarşılıqlı idi və mən ondan əvvəl ona heyran olmağa başladım".

Mbappe bildirib ki, Boltla rəqabətdə şansının olmadığını düşünür:

"Usain Bolta qarşı heç bir şansım olmadığını düşünürəm. Özünün dediyi kimi, şansım yoxdur. Amma yarışmaq əyləncəli ola bilər. Hər ikimiz də vaxtımız varsa, niyə də olmasın. Nəticədən çox şey gözləməyin”.

BAKU.WS