SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb.

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdən əvvəl atasının ona gözmuncuğu hədiyyə etdiyini bildirib.

"Penaltilərdən əvvəl atam mənə gözmuncuğu bağışlamışdı. Bu gecə məni İstanbulda tək qoymadı. Ona təşəkkür edirəm. Biz addım-addım irəliləyirik. Əvvəlcə liqaya baxırıq, amma bəli, Konfrans Liqası kubokunu arzulayırıq. Niyə də yox?", - o deyib.

Xatırladaq ki, UEFA Konfrans Liqanın 1/4 final cavab oyununda İstanbul təmsilçisi Yunanıstanın "Olimpiakos" komandasına səfərdə 3:2 hesabı ilə uduzaraq, normal vaxtı 1:0 hesabı ilə bitən matçda penaltilər seriyasında 3:2 hesabı ilə məğlub olaraq mübarizədən kənarlaşdırılıb.

BAKU.WS