Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18
apr
2024
21:59
Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.
Federasiyanın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 63,5 kq çəkidə mübarizə aparan milli üzvü 1/16 finalda Laşa Qaqnidze (Gürcüstan) ilə qarşılaşıb.
Rəqibini məğlub edən boksçumuz 1/8 finalda ilk mərhələdən azad olan ispaniyalı Oyer İbarriçe ilə üz-üzə gələcək. Görüş aprelin 21-də baş tutacaq.
Qeyd edək ki, 34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qatıldığı Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, olimpiadaya lisenziya qazanıb - YENİLƏNİB
Azərbaycanın 3-cü güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. BAKU.WS Report-a istinadən xəbə verir ki, bu uğura 67 kq çəki dərəcəsindəki tə...